Sərgi-satış yarmarkası

14.03.2025-ci il tarixində H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə fəaliyyət gostərən Peşə təmayüllü siniflər Novruz bayramı münasibətilə sərgi-satış yarmarkası təşkil etdilər. "Aqronom köməkçisi", "Dərzi köməkçisi" ixtisası üzrə təhsil alan 10P və "Qənnadçı köməkçisi", "İKT Kompüter operatoru" ixtisası üzrə təhsil alan 11P sinif şagirdləri öz əl işlərindən ibarət işlərilə tədbirdə həvəslə iştirak etdilər. Sərgi-satış yarmarkalarının keçirilməsində məqsəd şagirdlərin mənimsədikləri ilkin peşə bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq, onlar arasında sağlam rəqabət hissini, sağlam mühiti formalaşdırmaq, ətraf mühitə fəal inteqrasiyanı təmin etmək, təhsilalanlara ilkin sahibkarlıq bacarıqları aşılamaqdır. Sərgidə müəllim, şagird kollektivi, valideynlər iştirak etdilər.