Direktoryanı müşavirə

    12.03.2025-ci il tarixində H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə direktoryanı müşavirə keçirildi. Müşavirədə məktəbin direktoru Sevinc Mustafayeva, təlim tərbiyə işləri üzrə direktor müavini Könül Cəlilova, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Zülfiyyə Sanıyeva, UBTR Şəfa Orucova, psixoloq Aygün Əsgərovanın iştirakı ilə ümumtəhsil müəssisələrində keyfiyyətin qiymətləndirmə çərçivə sənədinə baxıldı. Müşavirədə keyfiyyət monitorinqinin təşkili və əhatəsi, əsas məqsədləri, istiqamətlər və alətlər bir daha müzakirə olundu. Məktəbin İnkişaf Planının yazılması, özünüqiymətləndirmə, keyfiyyət monitorinqinin modelinin qurulması və təkmilləşdirilməsi prosesi, sahələr üzrə monitorinq təhlillərinin təşkili nəzərdən keçirildi. Bu məqsədlə məktəbin fəaliyyət planına uyğun işlərin genişlənməsi ön plana çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi