Səhər gimnastikası

"İdman həftəsi" layihəsi çərçivəsində fiziki tərbiyə müəllimlərinin rəhbərliyi və şagirdlərin iştirakı ilə 04.03.2025-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə səhər gimnastikası keçirildi. Tədbir şagirdlərin sağlam həyat tərzinə təşviq olunması və fiziki fəallığının artırılması məqsədilə təşkil olundu. Gimnastika zamanı şagirdlər müxtəlif idman hərəkətləri yerinə yetirərək günə enerjili başladılar.