Ən sürətli şagird qaçış yarışı

06.03.2025-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 60 və 100 metr məsafəyə qaçış yarışları keçirildi. Şagirdlər sürət və dözümlülüklərini sınayaraq gərgin mübarizə apardılar. Nəticələrə əsasən, ən yaxşı qaçan iştirakçılar arasından "Ən Sürətli Şagird" seçildi. Yarışın əsas məqsədi şagirdlərin fiziki hazırlığını artırmaq və idmana marağını gücləndirmək oldu.