Bullinqlə mübarizə

Məktəbdə sağlam sosial emosional mühitin formalaşdırılması məqsədilə 11.03.2025-ci il tarixində H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin 5c sinif şagirdləri ilə məktəbin psixoloqu və UBTR "Bullinqlə mübarizə" mövzusunda maarifləndirici söhbət apardılar. Bullinq cəmiyyətimizdə xüsusilə məktəb yaşlı uşaqlarda müşahidə edilən hal olub, bir və ya bir qrup şəxs tərəfindən başqalarına qarşı olan davamlı aqressiv davranışdır. Şagirdlərlə bullinqin növləri müzakirə olundu, onun qarşısının alınması üçün hansı addımların atılması şagirdlərin nəzərinə çatdırıldı. Şagirdləri maraqlandıran suallar cavablandırıldı.