İdmançıların yarışa hazırlığının psixoloji yanaşması

    Məlum olduğu kimi, fəaliyyət insanların fiziki və psixoloji fəallıqlarının cəmidir.İdmanda bir fəaliyyət olaraq qabiliyyətə nail olmaq üçün bu iki amil mühüm rol oynayır. İdmançılarda psixoloji vəziyyəti öyrənmək, onun idarə olunması metodikasına yiyələnmək, xüsusi əhəmiyyət kəsb edən məsələdir. 04.03.2025-ci il tarixində H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin UBTR Şəfa Orucova və məktəbin psixoloqu Aygün Əsgərova şagirdlərlə "İdmançıların yarışa hazırlığının psixoloji yanaşması" mövzusunda maarifləndirici söhbət aparıldı. Söhbətin aparılmasında əsas məqsəd şagirdlərə idman dərslərində ,yarışlarda yoldaşlıq, dostluq etməyi öyrətmək,özgüvəni aşılamaqdır. Məktəbin Psixoloqu və UBTR şagirdlərə yarışlar zamanı əhvalın harmoniyası və tarazlıq haqqında məlumat verdilər. İdmanda düşüncə və emosional halın əsas olduğunu izah edərək, qələbə psixologiyasının əsasları izah edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi