Reproduktiv sağlamlıq nədir

    17.02.2025-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin UBTR-i Şəfa Orucova, psixoloq Aygün Əsgərova 8b sinif şagirdləri ilə "Reproduktiv sağlamlıq nədir?" mövzusunda maarifləndirici tədbir təşkil etdilər. Tədbirdə UBTR və psixoloq yeniyetməlik dövrünün xüsusiyyətləri, ailə planlaşdırılması, şəxsi gigiyena qaydaları və s.barədə ətraflı məlimat verməklə yanaşı, reproduktiv sağlamlığın insan üçün fiziki, mənəvi və sosial rifah vəziyyəti olduğunu, insan təkmilləşdikcə reproduktiv sağlamlığın da inkişaf etməsini qeyd etdilər. Bu sağlamlığın təməlinin yeniyetməlik dövründə yaranmasını və bütün həyat boyu qorunub saxlanmasını xüsusilə vurğuladılar. Məqsəd şagirdlər arasında yeniyetməlik dövründə olan gənc nəslin sağlam tərbiyəsi istiqamətində maarifləndirmə işlərinin aparılması idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi