Əsrin bəlası narkomaniya

13.02.2025-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 10a sinif şagirdləri ilə "Əsrin bəlası narkomaniya" adlı maarifləndirici tədbir təşkil olundu. Tədbir yeniyetmə və şagirdlərdə narkomaniya, onun fəsadları haqqında düzgün təsəvvürün formalaşdırılması,bu sahədə onların məlumatlılıq səviyyəsinin artırılması və maarifləndirmə-profilaktika işlərinin gücləndirilməsi habelə sağlam həyat tərzinin təbliğ olunması məqsədi daşıyıb.