İnternet asılılığı

Müasir dünyada internet həyatımızın ayrılmaz hissəsinə çevrilib. Məlumata, sosial mediaya, əyləncə və daha çox virtual aləmə sürətli çıxış üçün hər gün internetdən istifadə edirik. Bununla bele,bu rəqəmsal dünya bəzilərimiz üçün ciddi təhlükə yaradır. 12.02.2025-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 5c sinif şagirdləri ilə "İnternet asılılığı" mövzusunda maarifləndirici söhbət təşkil olundu. Söhbət zamanı gündəlik həyatımızın ayrılmaz tərkib hissələrindən birinə çevrilmiş kompüter texnikasının faydaları ilə yanaşı insan səhhətinə zərərlərindən də söhbət açıldı, maraqlı fikir mübadiləsi yarandı.