Pedaqoji Şuranın İclası Keçirildi

    31.01.2025-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 2024-2025-ci tədris ili üzrə I yarımilin Pedaqoji Şura iclası keçirildi. İclasda məktəb rəhbərliyi və müəllim kollektivi iştirak etdi. İclasda I yarımilin yekunları müzakirə edildi. Buraxılış imtahanlarında nəzərdə tutulan Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərindən keçirilən böyük summativ qiymətləndirmənin nəticələri müzakirə edildi. Bununla yanaşı 2024-2025-ci dərs ilinin birinci yarımilində məktəbin və şagirdlərin qazandığı nailiyyətlər pedaqoji heyətin nəzərinə çatdırıldı. I yarımil üzrə təlim nəticələri, keçirilən monitorinqlər, davamiyyət göstəriciləri, valideyn iclasları, sinif təşkilat saatları və məktəb üzrə keçirilən tədbirlər haqqında hesabatlar təqdim edildi. İclas II yarımildə qarşıda duran vəzifələr və cari məsələlərin müzakirəsi ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi