Mən fəxr edirəm ki, Azərbaycanlıyam

    Müstəqil və suveren dövlətə sahib olmaq,milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir. Heç də təsadüfi deyil ki, 2025-ci il hörmətli Prezidentimizin sərəncamına əsasən Azərbaycanda "Konstitusiya və Suverenlik ili" elan olunmuşdur. H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə tarix-coğrafiya fənn aylığı çərçivəsində IX sinif şagirdləri arasında məktəbin coğrafiya müəllimi Gülnarə Əzimova breyn-rinq yarışı təşkil etdi. Suallar "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" mövzusunda tarix və coğrafiya fənləri üzrə, Konstitusiyamızdan və Azərbaycanımızın coğrafiyasından , milli-mənəvi dəyərlərimizdən tərtib olunmuşdur. Şagirdlər doğma Azərbaycanımız haqqında çox böyük qürurla danışdılar. 5 sinif arasında yarış çox gərgin keçdi. 4 mərhələdən ibarət olan yarış başa çatdı. Nəticə elan olundu. Yarışda Mədəniyyət Nazirliyinin əməkdaşı məktəbimizin məzunu Heydər Mirzəyev münsif kimi iştirak etdi, sonda çıxış edərək qeyd etdi ki, bu günün şagirdləri doğma Azərbaycanımızın suverenliyini və müstəqilliyini qoruyan, gələcəyin əsgərləridir. Vətənimizin daha da gözəlləşməsi üçün quruculuq işlərində çalışan gənclərdir. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan gəncləri. Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi