Balaca rəssamlarımız

    Balaca rəssamlarımız yenə bizi öz gözəl rəsmləri ilə sevindirdilər. H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə istedadlı uşaqlar çoxdur. Məhz belə bilikli,bacarıqlı və istedadlı şagirdlərin üzə çıxarılması məktəb pedoqoji kollektivinin öz qarşısına qoyduğu ən vacib məsələlərdən biridir. 23.01.2025-ci il tarixdə məktəbin coğrafiya müəllimi Gülnarə Əzimova 7c sinfinin bacarıqlı rəssam şagirdləri ilə birgə "Azərbaycan mənim vətənimdir" mövzusunda rəsm sərgisi təşkil etdilər. Rəsmlər sərgini seyr edənlərin böyük rəğbətini qazandı. Məktəbin direktoru Sevinc Mustafayeva şagirdlərin əl işlərinin böyük məharətlə çəkildiyini qeyd etdi, şagirdlərə uğurlar dilədi. Gələcəkdə də çəkdikləri şəkillərlə bizi sevindirəcəklərinə əmin olduğunu söylədi. Müsabiqənin sonunda şagirdlər fəxri fərman və hədiyyələrlə mükafatlandırıldı. Xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi