Sazla, sözlə çağlayan, daşan şair

Zəlimxan Yaqub müasir ədəbiyyatımızda Azərbaycanın zəngin şeir ənənələrini yaşadan şairlər nəslinə mənsub olan sənətkarlardan idi. Sağlığında heykəlləşən, bənzərsiz şeirləri ilə Azərbaycan ədəbiyyatına adını əbədi həkk edən, əbədiyaşarlıq qazanan Zəlimxan Yaqub hər zaman böyük sevgi və ehtiramla anılacaq. 21.01.2025-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin kitabxanasında 10p sinif şagirdləri ilə Zəlimxan Yaqubun anadan olmasının 75 illiyi münasibətilə dəyirmi masa keçirildi. Dəyirmi masada şairin həyat və yaradıcılığından geniş söhbət açıldı, şeirlərindən parçalar söylənildi.