İqlim və onun yaranması

    "Tarix, coğrafiya fənn aylığı"çərçivəsində 13.01.2025-ci il tarixində H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin coğrafiya müəllimi Əzimova Zərifə 8B sinif şagirdləri ilə coğrafiya fənnindən "İqlim və onun yaranması" mövzusunda nümunəvi dərs təşkil etdi. Bu dərsdə şagirdlər iqlim yaradan əsas və ikinci dərəcəli amilləri təhlil etməklə yanaşı iqlim diaqramları üzrə də tapşırıqları yerinə yetirdilər. Dərs zamanı sinif kiçik qruplara bölündü və hər qrupa verilən iqlim diaqramını təhlil etdilər. Sonra qrupların tapşırıqları müzakirə olundu.Dərsin sonunda müəllimin mövzu əsasında "crossword labs" proqramında hazırlanan tapşırıq yerinə yetirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi