Tarixdə bu gün

20 Yanvar...Doxsanıncı ilin qanlı partlayış nöqtəsi,silahsız və günahsız insanları amansız bir vəhşiliklə qanına qəltan eləyən bu tarixdən düz 35 il keçir......20 Yanvar hadisələrinin təfərrüatlarını hər bir azərbaycanlı bilməli və unutmamalıdır. 17.01.2025-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 20 Yanvar faciəsinin 35-ci il dönümünə həsr olunmuş "Tarixdə bu gün" başlığı altında 5-11 sinif şagirdləri ilə şeir müsabiqəsi təşkil olundu. Müsabiqədə 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndi.Sonda qaliblər diplomlarla təltif olundu.