Müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi

    20 Yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub.Hər ilin bu günündə məktəbimizdə xatirə tədbirləri keçirilir. 14.01.2025-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin tarix müəllimi Məşədibəşirzadə Nüşabə 9b sinif şagirdləri ilə Qanlı Yanvar qurbanlarının xatirəsini yad etmək üçün "Müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi" adlı dərs təşkil etdi. Şagirdlər hazırladıqları təqdimatlarla çıxış etdilər. 20Yanvara həsr olunmuş şeirlər söylədilər. Sonda şagirdlər 20 Yanvar hadisələrini əks etdirən videoçarx izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi