Gənclik yeni zəfərlərə doğru

31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə 28.12.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 10-cu sinif şagirdləri arasında Breyn-rinq intellektual yarış təşkil olundu. Maraqlı və gərgin keçən bilik yarışında komandalar zəfər tarixi, ədəbiyyat, coğrafiya, riyaziyyat fənnləri və ümumi dünyagörüşü üzrə biliklərini sınaqdan keçirdilər. Yarışın əsas məqsədi şagirdlərin elmə,maarifləndirici yarışlara marağının artırılması, intellektual və yaradıcı inkişafına təkan verilməsi, asudə vaxtlarının səmərəli təşkilidir.