“Yeniyetmə oğlanlarda reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici tədbirlər keçirildi

    Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı şəhəri üzrə orta təhsil müəssisələrində “Yeniyetmə oğlanlarda reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici tədbirlər keçirildi. Tədbirlər 8-9-cu sinifdə təhsil alan oğlan şagirdləri reproduktiv sağlamlıq barədə məlumatlandırmaq məqsədilə təşkil olundu. İSİM-in həkim-metodisti Teymur Ağazadə şagirdlərə cinsi tərbiyə, şəxsi gigiyena, reproduktiv sağlamlığın qorunması ilə bağlı ətraflı məlumat verdi. Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim olundu. Qeyd edək ki, bu maarifləndirici tədbirlər Dayanıqlı İnkişaf Məqsədləri üzrə məqsəd 3-ə “ Yaxşı səhiyyə və rifah” əsasən (hədəf 3.7: 2030-cu ilədək, hər bir şəxsin cinsi və reproduktiv səhiyyə xidmətlərinə, o cümlədən ailə planlaşdırması, məlumat və maarifləndirmə ilə bağlı xidmətlərə çıxışının təmin olunması, reproduktiv sağlamlığın milli strategiyalara və proqramlara daxil edilməsi) proqramının icrasını təmin etmək məqsədi ilə təşkil olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi