Uşaq müdafiəsi və təhlükəsizliyi

    Uşaqlar hər bir cəmiyyətin gələcəyini formalaşdıran ən dəyərli sərvətlərdir. Onların sağlam, təhlükəsiz və sevgi dolu mühitdə böyüməsi yalnız fərdlərin deyil, bütün cəmiyyətin inkişafı üçün həyatı əhəmiyyət daşıyır. Təssüf ki, bir çox uşaq zorakılıq, laqeydlik, istismar və təcrid kimi təhlükələrlə üzləşir ki, bu da onların fiziki, psixoloji və sosial inkişafına mənfi təsir göstərir. Uşaq müdafiəsi və təhlükəsizliyi yalnız onların hüquqlarını qorumaq deyil, həm də gələcəkdə sağlam və məsuliyyətli vətəndaşların yetişməsinə zəmin yaratmaq məqsədi daşıyır. H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbin V-X sinif şagirdləri ilə "Uşaqların müdafiəsi və təhlükəsizliyinə" dair görüşlər keçrildi. Əsas məqsəd məktəbyaşlı uşaqlarla əlaqədar baş verən xüsusi hallar, həssas qruplara daxil olan uşaqlarla işə diqqətin artılması, hüquq pozuntusu törətmiş uşaqlarla sosial, psixoloji söhbətlərin aparılması oldu. Mövzu ətrafında fikir mübadiləsi aparıldı, şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi