Bullinq nədir

20.12.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 6d sinif şagirdləri ilə "Bullinqə yox deyək" mövzusunda psixoloji maarifləndirici söhbət aparıldı. Qeyd olundu ki, bullinq uşaqların incildilməsinə səbəb olan ixtiyarı və təkrar olaraq törədilən aqressiv davranışdır. Bullinqin fiziki, verbal (şifahi), sosial, kiber, psixoloji zorakılıq növləri haqqında məlumat verildi. Məktəbin psixoloqu Aygün Əsgərova "Bullinqin öhdəsindən necə gəlmək olar?", "Bullinqə məruz qaldıqda və Bullinq hallarını müşahidə etdiyimiz zaman nələr etmək lazımdır?" sualları ətrafında geniş danışdı. Məktəbin UBTR-i Şəfa Orucova bütün bunlardan əlavə, qəzəbin, aqressiyanın idarə edilməsi ilə bağlı şagirdlərə müxtəlif tövsiyələr verdi. Sonda isə mövzu ilə əlaqədar suallar cavablandırıldı.