Narkomaniya və zərərli vərdişlər

Narkomaniya və zərərli vərdişlərə olan meyllərin artması gənclərin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizənin gücləndirilməsi, profilaktik tədbirlərin görülməsi Azərbaycanın gələcəyi sayılan gənclərin sağlamlığının təminatı və onların sağlam təfəkkürlü vətəndaş kimi yetişməsi üçün olduqca vacib məsələdir. 19.12.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 11-ci sinif şagirdləri ilə Narkomaniya və zərərli vərdişlər mövzusunda dəyirmi masa təşkil olundu. Dəyirmi masada Narkomaniya və digər zərərli vərdişlər haqqında şagirdlərə ətraflı məlumat verildi, videoçarxlar nümayiş olundu. Sonda fikir mübadiləsi aparıldı və şagirdləri maraqlandıran suallar cavablandırıldı.