100 illik şanlı tarix

Bu il Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olur. Naxçıvan diyarı Azərbaycanın çox əsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi mədəni həyatında özünəməxsus rol oynamışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhvələr vermişdir. "Məktəblərdə Naxçıvan ayı" layihəsi çərçivəsində 18.12.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Aynurə İbrahimova məktəbin kitabxanasında Naxçıvanın qədim tarixi, etimologiyası haqqında yazılmış əsərlərlə 10b sinif şagirdlərini tanış etdi. Şagirdlər Naxçıvan diyarından olan görkəmli şəxsiyyətlər barəsində maraqlı faktları böyük həvəslə təqdim etdilər.