Şərqin incisi Naxçıvan-100

13.12.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı tədbir keçirildi. Əvvəlcə şagirdlərə məktəbin tarix müəllimi N.Məşədibəşirzadə Naxçıvanın zəngin təbiətini,çoxəsrlik tarixini və təkrarsız abidələrini əks etdirən videoçarxlar nümayiş etdirdi. Sonra 10a sinif şagirdləri Naxçıvan Muxtar Respublikası haqqında əldə etdikləri məlumatlarla çıxış etdilər.