5-ci sinif şagirdlərinin adaptasiyası

H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin psixoloqu Əsgərova Aygün 5-ci siniflərin orta təhsil pilləsinin adaptasiya prosesinə kömək məqsədi ilə onlarla söhbət apardı və psixoloji test keçirdi.Uşaqlara başa saldı ki, yeniyetmələrin həyatında baş verən ən mühüm dəyişiklik onların ibtidai sinifdən orta sinfə keçməsindən ibarətdir. Tədris artıq ibtidai sinifdə olduğu kimi bir müəllim tərəfindən deyil, bir neçə fənn müəllimi tərəfindən həyata keçirilir. Psixoloq bildirdi ki, orta siniflərdə yeniyetmələr artıq öz davranış və fəaliyyətini müstəqil təşkil etməli, özlərinə nəzarət etməyi bacarmalıdırlar.