Unudulmaz sərkərdə

    Müasir Azərbaycan dövlətinin memarı, qurucusu,xalqının və dövlətinin inkişafı naminə böyük işlər görmüş Ulu Öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz,qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər Heydər Əliyev uşaqları sonsuz məhəbbətlə sevirdi və onlara böyük qayğı,diqqət göstərirdi. "Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycanın gələcəyi gənclərdən asılıdır."-demişdir. Bugünkü gəncliyimizin hər bir uğuru,nailiyyəti Ulu Öndərin adı ilə bağlıdır. 12.12.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin bir qrup müəllim və şagird kollektivi Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoydular, əziz xatirəsini ehtiramla andılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi