Böyük şəxsiyyət, görkəmli dövlət xadimi-Heydər Əliyev

Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir.Ulu Öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir. Heydər Əliyevin mənalı həyatının hər günü, hər anı unudulmaz tarixdir, zaman-zaman xatırlanacaq tarixi hadisələrlə zəngindir. İlk olaraq o, öz həyatının,ömrünün tarixini yaradıb. Əgər Ulu Öndər həyat yolunu düzgün seçib istiqamətləndirməsəydi, özünün şəxsi, ailə və cəmiyyət həyatında mövqeyi qiymətləndirməsəydi, bu yolda qətiyyətli addımlar atmasaydı, o, ümumxalq məhəbbəti qazanıb, bəşəriyyətin qəlbində əbədiləşə bilməzdi.Ulu Öndər həmişə,hər zaman ən ağır anlarda belə, xalqı ilə bir olmuş, xalqının səsinə səs vermişdir. 11.12.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin tarix müəllimi M.Kərimli 7b və11b sinif şagirdləri ilə Ulu Öndərə həsr edilmiş tədbir təşkil etdilər. Şagirdlər Ümummilli liderin həyat yolu, zəngin siyasi fəaliyyəti haqqında maraqlı çıxışlar etdilər.