Qənnadı qrupunda bir gün

06.12.2024 tarixində Xəzər rayon H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbin qənnadçı ixtisası üzrə təhsil alan 11P sinif şagirdləri "Qənnadçı qrupunda bir gün" adlı maraqlı dərs təşkil etdilər. Gigiyenik norma, xüsusi texnologiya və təhlükəsizlik qaydalarına riayət edərək, verilmiş reseptura üzrə müxtəlif qənnadı və şirniyyat məmulatlarını, desertləri və bu seçimdə olan digər şirniyyatları (tort, pirojna, , keks, peçenye və s.) hazırlayan, onlara zövqə uyğun tam, dad, müxtəlif forma verib bəzəyən və bir sıra texniki əməliyyatlar icra edən şagirdlər peşələrinə olan maraq və həvəslərini bir daha nümayiş etdirdilər. Şagirdlərimizə dərslərində, seçdikləri və sevərək öyrəndikləri hər bir peşədə uğurlar arzulayırıq.