Azərbaycana fəda edilmiş şərəfli ömür

Xalqımız 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım gününü böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub. 09.12.2024-cü il tarixdə Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 6b sinif şagirdləri ilə Ulu Öndərin anım gününə həsr olunmuş tədbir təşkil olundu. Tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Onun həyat və fəaliyyətindən geniş söhbət açıldı.