COP-29-a həsr olunmuş müzakirə

Azərbaycan ətraf mühitin mühafizəsinə, iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verir və bu istiqamətdə mühüm işlər görür. Ölkəmizin COP-29-a ev sahibi seçilməsi bunun bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi bu beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmətinin və ehtimadının göstəricisidir. "Yaşıl dünya naminə həmrəy olaq!? şüarı ilə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında iqlim dəyişmələrinə qarşı mübarizə kimi mühüm qlobal məsələdə nümunəvi liderlik nümayiş etdirən ölkəmiz bütün dövlətləri yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirməyə çağırır. 04.12.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin tarix müəllimi Ş.Qarayev 7d sinif şagirdləri ilə ölkəmizdə keçirilən COP-29-la bağlı dəyirmi masa təşkil etdi. Dəyirmi masada müzakirələr aparıldı. Şagirdləri maraqlandıran suallar ətraflı cavablandırıldı.