Bütün çiçəklər bitkidir. Bəs bütün bitkilər çiçəkdirmi?

"Kimya, biologiya, təbiət" fənn aylığı çərçivəsində 28.11.2024-cü il tarixdə H. Z. Tağıyev adına 123 saylı tam orta orta məktəbin biologiya müəllimi Hüseynova Aytac 7c sinif şagirdləri ilə "Çiçəyin quruluşu" mövzusunda nümunəvi dərs təşkil etdi. Nümunəvi dərsdə çiçəkli bitkilər hansı bitkilərdir, çiçəyin quruluşu, əsas hissələri, çoxalma sistemi haqqında danışıldı və müxtəlif bitkilərin çiçəkləri üzərində müzakirə təşkil edildi. Dərsdə məktəb rəhbərliyi iştirak etdi.