Əsasların fiziki və kimyəvi xassələri

    "Kimya, biologiya, təbiət" fənn aylığı çərçivəsində 29.11.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin kimya-biologiya müəllimi Sevinc Əliyeva 8d sinif şagirdləri ilə kimya fənnindən "Əsasların fiziki və kimyəvi xassələri" mövzusunda nümunəvi dərs təşkil etdi. Nümunəvi dərsdə motivasiya, müəllimin apardığı təcrübə ilə başladı. Təcrübə kömürün yandırılmasından alınan karbon qazı kalsium-hidroksid qələvisinə təsir etdi, suyun bulanması müşahidə olundu. Aparılan təcrübə uşaqlarda böyük maraq yaratdı. Şagirdlər 5 qrupa bölündü, qruplara tapşırıqlar verildi, təqdimatlar dinlənilib, müzakirə olundu. Sonda qrup işləri qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi