Bilim Bakı Mərkəzinə Ekskursiya

    29.11.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin tarix müəllimi Məlahət Kərimli və ibtidai sinif müəllimi Aynur Quliyeva 2a, 6a, 6c sinif şagirdləri ilə "Bilim Bakı Mərkəzi"nə ekskursiya təşkil etdilər. Şagirdlərin elmə, innovasiyaya olan marağının formalaşdırılması, həmin şagirdlərin kiçik yaşlarından maraq dairəsinə uyğun olan sahələrin inkişaf etdirilməsinə dəstək göstərən "Bilim Bakı Mərkəzi" ndə şagirdlər sahibkarlıq, astronomiya, kosmos və aviasiya, riyaziyyat, dizayn, texnologiya laboratoriyalarında oldular və yaş qruplarına uyğun təlimlərə qatıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi