Gəncliyin ilk baharı

28.11.2024-cü il tarixində H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə IX sinfin şagirdləri ilə məktəbin psixoloqu Əsgərova Aygün və UBTR-i Orucova Şəfa tərəfindən "Gəncliyin ilk baharı" mövzusunda ikinci məşgələ keçirildi. Məşgələnin sonunda şagirdlər yetişkənlik dövrünün əsas əlamətlərini, psixo-emosional sahədə baş verən dəyişiklikləri öyrəndilər. Məşğələ müzakirə şəklində keçirildi. Burada əsas məqsəd şagirdlərə yeniyetməlik dövrünün əsas xüsusiyyətləri, psixoemosional sahədə baş verən dəyişiklikləri danışmaqdan ibarət oldu.