İstedadlı idmançılar

    Dövlətimiz hər zaman gənc idmançıların inkişafına qayğı və diqqətlə yanaşıb. İdmanda uğur qazanan məzunlarımızla bərabər, hazırda təhsil alan gənc idmançılarımızla həmişə qürur duyuruq.  Bu günlərdə "Təhsil" Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq- gənclər idman -şahmat məktəbinin nəzdində keçirilən şahmat yarışında iştirak edən məktəbimizin 8-ci sinif şagirdi Sadıqzadə Yusif I yerə layiq görülmüşdür.  Bundan başqa 11-ci sinif şagirdi Feyzullayev Cəlal Qol Güləşi idman növü üzrə Açıq Hövsan çempionatında 65 kq çəki dərəcəsində I yerə layiq görülmüşdür. Bir daha vurğulamaq istərdik ki, şagirdlərin vətənpərlik tərbiyəsi ilə yanaşı onların sağlam və gümrah böyüməsində idmanın böyük əhəmiyyət vardır. Ümüd edirik ki, gənc idmançılarımızın uğurları gələcəkdə də davamlı olacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi