Sağlam həyat və düzgün qidalanma

27.11.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin psixoloqu Əsgərova Aygün, UBTR Orucova Şəfa, 8-ci sinif şagirdlərinin iştirakı ilə "Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır" mövzusunda dəyirmi masa təşkil olundu. Dəyirmi masada gigiyena qaydaları, ümumi sağlamlıq formaları haqqında məlumat verildi. Sağlam qidalanmanın prinsipləri, yemək rejimi barədə şagirdlər məlumatlandırıldı, gündəlik qida norması şagirdlərə izah olundu. Bu dəyirmi masanı təşkil etməkdə əsas məqsəd şagirdlərə ümumi və şəxsi gigiyena qaydaları barədə məlumat vermək, düzgün qidalanma və sağlam həyat tərzi haqqında biliklərini artırmaqdır.