Qayğıya ehtiyacı olan sahibsiz dostlarımız

Bu gün hər bir insan "insanların dostları" olan heyvanlar və onların həyatının yaxşılaşdırılması barədə düşünməlidir. Sahibsiz heyvanların sayının artması sosial, ekoloji və sağlamlıq problemlərinə səbəb ola bilər. Bu heyvanlar sahibsiz qaldıqda qida, sığınacaq və tibbi yardımdan məhrum olurlar, bu isə onların həyat şəraitini çətinləşdirir. Qəsəbəmizdə sahibsiz heyvanların problemləri ilə mübarizə məqsədilə Xəzər rayonundakı bir çox məktəblər xüsusi proqramlar həyata keçirirlər. 237 saylı tam orta məktəbin başlatdığı lahiyəyə biz də qoşulduq. Adı çəkilən məktəbin bir qrup şagirdinin bizim məktəbə gətirdikləri heyvan yemləri ilə sahibsiz küçə heyvanlarını yemlədik. 237 saylı məktəbin müəllim və şagird heyətinə başlatdıqları bu xeyirxah əmələ görə dərin təşəkkürümüzü bildiririk.