İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğuna Ekskursiya
Məktəb tərəfindən mütəmadi olaraq öyrənilən obyekt və hadisələrlə birbaşa tanış olmaq, eləcə də tədrisi elmi və praktiki xarakterini artırmaq, onun həyat və təcrübə ilə əlaqəsini gücləndirmək məqsədilə ədəbi - tarixi, elmi, diyarsünaslııq və s. növ ekskursiyalar təşkil olunur. 30.10.2024-cü tarixdə növbəti diyarşünaslıq ekskursiyası H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin UBTR-i Şəfa Orucovanın rəhbərliyi ilə İçərişəhər Dövlət Tarixi Memarlıq qorunguna təşkil olundu. Ekskursiyada məktəbin 7a, 7b, 8b sinif şagirdləri iştirak etdilər.