Batareyaları təhvil ver, təbiəti qoru!

    Tullantıların idarə edilməsi, ekoloji dayanıqlığın və əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayır. Bu proses ekosistemlərə və insanların rifahına mənfi təsirləri minimuma endirmək üçün tullantı materiallarının təşkili və nəzarətini nəzərdə tutur. Tullantıların səmərəli idarə edilməsinin əsas məqsədi tullantıların əmələ gəlməsini azaltmaq, təkrar emal və təkrar istifadə yolu ilə resursların bərpasını optimallaşdırmaq və təkrar emal oluna bilməyən və təhlükəli tullantıların təhlükəsiz utilizasiyasını təmin etməkdir. Ekologiya aylığı çərçivəsində H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin müəllim və şagird kollektivi istifadəyə yararsız olan batareyaların yığımını sona çatdırdı. Aksiyanın davamı olaraq yığılmış batareyaları Emin Əliyev adına 234 saylı tam orta məktəbə təhvil verdik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi