2 "d" sinfində nümunəvi dərs

    25.10.2024- cü il tarixdə H.Z.Tağıyev adına 123 N-li tam orta məktəbin ibtidai sinif müəllimi Rəhmanova Aysel 2 "d" sinfində Azərbaycan dili fənnindən “Torpaq” mövzusunda nümunəvi dərs keçirdi. Dərs zamanı şagirdlər Torpaq haqqında mətni oxuyub, mətn üzrə sualları cavablandırdılar. Daha sonra təbiəti qorumaq, yaşıl dünya mövzusunda müzakirə aparıldı. Nümunəvi dərsdə məktəbin direktoru Mustafayeva Sevinc, məktəbin psixoloqu Əsgərova Aygün və məktəbin digər müəllimləri iştirak etdilər. Keçirilən dərs məktəb rəhbərliyi tərəfindən müzakirə olunub, yüksək qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi