4b sinfində nümunəvi dərs
24.10.2024- cü il tarixdə H.Z.Tağıyev adına 123 N-li tam orta məktəbin ibtidai sinif müəllimi Abdullayeva Fəridə 4b sinfində Azərbaycan dili fənnindən “Qarabağ şikəstəsi” mövzusunda nümunəvi dərs keçirdi. Dərs zamanı şagirdlər Qarabağ şikəstəsinin yaranması ilə bağlı rəvayəti oxuyub mətn üzrə sualları cavablandırdılar. Daha sonra vətənə məhəbbət, bağlılıq mövzusunda müzakirə aparıldı. Nümunəvi dərsdə məktəbin direktoru Mustafayeva Sevinc, məktəbin psixoloqu Əsgərova Aygün və məktəbin digər müəllimləri iştirak etdilər. Keçirilən dərs məktəb rəhbərliyi tərəfindən müzakirə olunub, yüksək qiymətləndirildi.