Ümumdünya heyvanların mühafizəsi günü

    Dünyada insanlar tərəfindən hər il qeyd olunan müxtəlif ekoloji günlər var. 1-2 oktyabr- Ümumdünya quşların müşahidəsi günü, 4 oktyabr-Ümumdünya heyvanların mühafizəsi günü və s. Belə günlərin qeyd olunmasının məqsədi ictimaiyyətin diqqətini planetimizdə olan ekoloji problemlərə cəlb etməkdir. Bu məqsədlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı - sektor müdiri Rafiq Ədilov, aparıcı məsləhətçi Aynur Əbdüləzimova, məsləhətçi Sabirə İmaməlili H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə maarifləndirici tədbir təşkil etdilər. Nazirliyin əməkdaşları dünyada ekoloji tarazlığın qorunması, ölkədə keçiriləcək "COP-29" tədbiri ilə bağlı şagirdlərə geniş məlumat verdilər. Mövzu ilə bağlı qısametrajlı filmlər izlənildi. Qonaqlar şagirdləri maraqlandıran sualları həvəslə cavablandırdılar. Sonda ağacəkmə aksiyası keçirildi. Aksiyada iqlim şəraitinə uyğun olaraq seçilmiş Eldar şamı və Oleandr kolları əkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi