Təbiətin bir parçası

Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə ekoloji guşə yaradıldı. Guşənin yaradılmasında əsas məqsəd təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılmasıdır. Bu guşə məktəbə daxil olanların gözünü oxşayır və onların estetik zövqünü formalaşdırır.