10 Oktyabr-Psixi Sağlamlıq Günüdür

1992-ci ildən etibarən hər il oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Həmin gün Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə təsis edilib. Psixi sağlamlıq insanın öz qabiliyyətlərini reallaşdıra bildiyi, adi həyat streslərinin öhdəsindən gəldiyi, səmərəli çalışdığı vəziyyətdir. Konkret məqamda insanın psixi sağlamlıq səviyyəsi bir çox sosial, psixoloji və bioloji amillərdən asılı olur. Psixi cəhətdən sağlam olmaq -insanın özü ilə razılaşması,ətrafı ilə daim harmoniya və tarazlıqda olması deməkdir. Bu gün münasibətilə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin psixoloqu Əsgərova Aygün UBTR Orucova Şəfa 5b, 5c, 6d,6c şagirdləri ilə maarifləndirici tədbir təşkil etdilər.Məktəb psixoloqu öncə şagirdlərə psixi sağlamlıq haqqında məlumat verdi ,onlarla diskussiyalar təşkil etdi Eyni zamanda sagirdlərimiz rəsm, rəngləmə bacarıqlarını da nümayiş etdirdilər. Həyatın gözəlləşməsi sağlam ruh, sağlam düşüncə və duyğularla mümkün olur. Buna görə də ruhumuzdakı Günəşi qoruyaq ki,özümüzə və ətrafımıza işıq saçsın!