Şagird təhlükəsizliyi

    Nəzərinizə çatdırırıq ki, məktəblərdə normal iş ahənginin qurulması və təlim-tərbiyə prosesinin mövcüd qanunvericiliyinin tələblərinə uyğun aparılması üçün mühüm şərtlərdən biridə müəssisədə təhlükəsiz mühitin yaradılmasıdır. Cəmiyyətdə məktəb şagirdlərin, müəllimlərin və məktəb kollektivinin digər üzvlərinin özlərini fiziki, psixoloji və sosial baxımdan təhlükəsiz və rahat hiss etdikləri məkan kimi dəyərləndirilir. Təhlükəsizlik tədbirləri ilə bağlı məktəbdə çalışan bütün işçilərin, şagirdlərin, valideynlərin maarifləndirilməsi və onların məsuliyyətinin artırılması məqsədilə 11.10.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə "Təhlükəsizlik günü" adı altında tədbirlər təşkil olundu. Pedoqoji Şuranın növbədənkənar iclası keçirildi. Övladlarının təhlükəsiz bir məkanda, mühitdə təhsil almalarına əmin olmaları üçün valideynlərlə maarifləndirici söhbətlər aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi