Erkən nikahlar və onların fəsadları

Hazırda dünyanı narahat edən aktual problemlərdən biri də erkən nikahlardır. Erkən nikahlar fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsir edən,təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli faktordur. Erkən nikahlar beynəlxalq səviyyədə uşaq istismarının bir növü hesab edilir və buna qarşı mübarizə tədbirləri həyata keçirilir. Bu məqsədlə 15.10.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin biologiya müəllimə Səkinə Mayılova UBTR Şəfa Orucova və Psixoloq Aygün Əsgərova 11b sinif şagirdləri ilə dəyirmi masa keçirdilər. Şagirdlərlə maraqlı söhbətlər oldu, maarifləndirici diskusiyalar keçirildi, fikir mübadiləsi aparıldı. Ümid edirik ki, belə dəyirmi masaların keçirilməsi gənc nəslin formalaşmasında böyük rol oynayacaq.