Oxuyub, anlama bacarıqları

Şagirdlərin dünyagörüşünün formalaşmasında, onlarda mütaliə mədəniyyətinin, tənqidi düşüncə bacarığının, oxu vərdişinin təkmilləşməsində, şəxsiyyət kimi yetişməsində mütaliə müstəsna əhəmiyyət daşıyır. Kitab oxumağın insanın düşüncə, intellektual, mənəvi inkişafında rolu danılmazdır. Mütaliə etmədən fikir mübadiləsi etmək çətin olur. Məhz kitablar insanda yaradıcı potensialın üzə çıxarılmasına təsir göstərir. Kitaba meyil göstərmək, onu oxumaq, onunla bir bağ qurmaq şagirdlərin bədii təxəyyülünün inkişafına kömək edir. Mənəvi dünyası ilə körpü yaradır. 11.10.2024 cü il tarixdə H.Z.Tagıyev adına 123 saylı tam orya məktəbin kitabxanasında 6d sinif şagirdlərinin oxuyub anlama bacarıqları yoxlanıldı.