Dərsliklərin yoxlanılması

Kitabxana həm təhsilin, həm də mədəniyyətin bir qoludur. Məktəb kitabxanasında kitabların əksəriyyətini dərsliklər təşkil edir. Dərsliyin bazası olmalıdır ki, şagirdlər buradan maariflənə bilsinlər. Tədris ilinin əvvəlində dərsliklər verilir, müvafiq qayda üzrə məktəblilərə paylanılır. 10.10.2024 cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin kitabxanaçısı Nigar Süleymanova siniflərdə dərsliklərə baxış keçirdi. O, şagirdlərə bildirdi ki,bu dərsliklər sizə bilik qazanmaqda yardımçı olacaq.Mən inanıram ki, siz bu dərsliklərə qayğı ilə yanaşacaq, onları səliqəli və təmiz saxlayacaqsınız.