COP-29

Bu gün dünyanın əksər ölkələrində ekoloji tarazlığın pozulmasından yaranan problemlərin aradan qaldırılması üçün müxtəlif diskusiyalar, müzakirələr aparılır. İndi yer kürəsinin hər hansı regionunda baş verən təbii fəlakət təkcə həmin ərazinin deyil, bütün dünyanın problemi sayılır və onu aradan qaldırmağın yolları birgə axtarılır. 09.10.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin biologiya müəllimi Sevinc Əliyeva 7d sinif şagirdləri ilə məktəbyanı sahədə açıq dərs təşkil etdi.