Layiqli əmək, layiqli həyat deməkdir

    7 Oktyabr Ümumdünya Layiqli Əmək Günü kimi qeyd edilir. Bu günün keçirilməsi ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan olunmuşdur.

Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə Əmək Gününə həsr olunmuş dəyirmi masa təşkil olundu.

   Dəyirmi masada məktəbin direktoru Sevinc Mustafayeva çıxış edərək layiqli əməyin mahiyyəti, dövlətimiz və həmkarlar ittifaqları tərəfindən bu aspektdə görülən işlər Ümumdünya Layiqli Əmək Gününün təsis olunmasının əhəmiyyəti haqqında məlumat verdi.

   Beynəlxalq əmək təşkilatının layiqli əmək konsepsiyası qadınlar və kişilər üçün azadlıq,bərabərlik, təhlükəsizlik və insan ləyaqəti şəraitində layiqli və məhsuldar əməyin təşviq edilməsi deməkdir. Layiqli əmək deyiləndə ilk olaraq əmək haqqı, iş yerlərində işçilərə yaradılan şərait və texniki təhlükəsizlik qaydaları nəzərdə tutulur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi