Müəllim bir Tanrı sənətidir

5 Oktyabr dünya ictimaiyyətinin məhəbbətlə qarşıladığı və daim qəlbində gəzdirdiyi müəllimlərin peşə bayramı, Beynəlxalq Müəllimlər Günüdür. Müəllimlər tarix boyu cəmiyyətin ən fədakar, qayğıkeş, etibarlı dayağı olmuşdur. Müəllim! Adi söz deyil bu... Əsl müəllim bir günəşdir, ürəyinin istisini, beyninin odunu heç kəsdən əsirgəməyən bir günəş. Müəllim keçmişi öyrədən, gələcəyi qurandır. İnsan cəmiyyətinin əzəli və sonu müəllim əməyi ilə bağlıdır. 04.10.2024-cü il tarixdə H.Z.Tağıyev adına məktəbdə müəllimlər gününə həsr olunmuş tədbir təşkil olundu.Tədbirdə məktəbdə fəaliyyət göstərən müəllimlərlə yanaşı təqaüdə çıxmış qocaman müəllimlərimiz də iştirak etdilər. Onlara gül dəstələri təqdim olundu və fəxri fərmanla mükafatlandırıldılar. Dünyada müəllim əməyinin bənzəri yoxdur. Əgər biz bu gün bəşəriyyətin çatdığı yüksək inkişaf səviyyəsi, elmi-texniki nailiyyətlər barədə məmnunluqla söhbət açırıqsa, buna görə ilk növbədə müəllimlərə minnətdar olmalıyıq.